Misirin “Turizm xəbərləri” jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc olunub. Bu barədə ölkəmizin Misir Ərəb Respublikasındakı səfirliyindən məlumat verilib.
“Azərbaycanda turizm” adlı məqalədə Avrasiyada, Cənubi Qafqazda yerləşən Azərbaycanın təbii sərvətlərlə zənginliyi, 1991-ci ildə müstəqillik qazandığı, əhalisinin əksəriyyətinin müsəlmanlar olduğu, 160-dək ölkə ilə diplomatik münasibətlər qurduğu və s. barədə məlumatlar verilib.
Məqalədə turizmin ölkə iqtisadiyyatının əsas prioritet hesab etdiyi sahələrdən biri olduğu, aparılan islahatların turizmin dinamik inkişafına təsir etdiyi, Azərbaycan xalqının yaşayış səviyyəsinin Körfəz ərəb ölkələri ilə müqayisədə daha yaxşı olduğu diqqətə çatdırılır.
Yazıda Misir-Azərbaycan münasibətlərinə də toxunulur. Misirin Şarm Əl-Şeyx və Azərbaycanın Qəbələ şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulduğu, Bakı-Şarm Əl-Şeyx hava xəttinin açıldığı və azərbaycanlı turistlərin Misirə maraq göstərdiyi vurğulanır.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar