İki ölkənin turizm şirkətləri arasında əlaqələrə dair bir sıra təkliflər irəli sürülüb

Avqustun 15-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Galindo Marta Pena ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Nazir müavini 2015-ci ilin 12-17 sentyabr tarixində Kolumbiyanın Medellin şəhərində keçirilən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyasının 21-ci sessiyasında iştirak etdiyini diqqətə çatdırıb, ölkəmizin beynəlxalq turizm əlaqələrinə böyük önəm verdiyini bildirib.
Kolumbiyanın Cənubi Amerika regionunun turizm sahəsi üzrə aparıcı ölkələrindən olduğunu vurğulayan N.Səmədov bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Söhbət zamanı iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığa dair bir sıra təkliflər irəli sürülüb. Sözügedən təkliflər sırasında hər iki tərəfdən turizm şirkətlərinin rəhbərlərinin qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində müvafiq görüşlərin keçirilməsinin zəruriliyi qeyd edilib.
Görüş zamanı iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumunun hazırlanması barədə də fikir mübadiləsi aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar