Bu sahədə tədbirlər planının hazırlanması ilə bağlı hökumətə müvafiq təkliflər təqdim olunacaq

Xəbər verdiyimiz kimi, iyulun 15-də aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə “Azərbaycanda çimərliklərin mövcud vəziyyəti və inkişafı” mövzusunda müşavirə keçirilmişdi. Müşavirədə əldə olunan razılığa uyğun olaraq çimərlik ərazilərində mövcud vəziyyətin öyrənilməsi, eləcə də bu sahədə fəaliyyətin koordinasiyası, təhlükəsizlik və sanitar-gigiyenik tələblərin təmin edilməsi, ictimai çimərliklərin yaradılması və işinin təkmilləşdirilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə işçi qrup yaradılıb.
İşçi qrupun tərkibinə Mədəniyyət və Turizm, Fövqəladə Hallar, İqtisadiyyat, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Bakı, Sumqayıt şəhərləri və Qaradağ, Səbail, Sabunçu, Binəqədi, Xəzər rayonlarının icra hakimiyyətlərinin nümayəndələri daxildir.
İşçi qrup tərəfindən müəyyən olunmuş qrafikə uyğun ilkin olaraq 12 avqust tarixində Sumqayıt şəhəri və Binəqədi rayonu ərazisində yerləşən çimərliklərə birgə baxış keçirilib.
Növbəti bir neçə gün ərzində Bakı və Abşeron ərazisində yerləşən çimərliklərə baxış keçirilməsi davam etdiriləcək.
Çimərliklərin mövcud vəziyyəti öyrənildikdən sonra Azərbaycanda çimərliklərin inkişafına dair tədbirlər planının hazırlanması ilə bağlı işçi qrup tərəfindən hökumətə müvafiq təkliflər təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar