Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin birgə dəstəyi ilə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında rəqs meydançası təşkil edilib.
Yay mövsümü bağlanana qədər hər bazar günü burada Azərbaycan Gənclər İttifaqının, Azərbaycan Rəqs Assosiasiyasının və “Jam SS” studiyasının təşkilatçılığı ilə rəqs həvəskarları üçün pulsuz dərslər keçirilir. Tədbir milli və müxtəlif xalqların rəqslərinə marağı artırmaq, şəhər sakinləri və qonaqların səmərəli asudə vaxt keçirməsinə imkan yaratmaq məqsədi daşıyır. Dərsləri “Jam SS” studiyasının peşəkar müəllimləri aparırlar.
Avqustun 14-də milli rəqslər (Nicat İbrahimli), hip-hop (müəllim Andrey Friman), hind rəqsləri (Solmaz Arti), latino (Xəyal Əhmədov və Veronika Talıbova), “Ləzginka” (Vüqar Rəhimov) və zumba (İnarə Mehdiyeva) rəqsləri üzrə dərslər keçirilib.
Müxtəlif rəqsləri öyrənmək, bacarığını sınamaq və mənalı istirahət etmək, vaxtını şən keçirmək istəyən hər kəs bazar günü saat 18.00-dan 22.00-dək açıq dərslərə qatıla bilər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar