Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin təşkilatçılığı ilə “Moskovski komsomolets” qəzetinin nümayəndə heyətinin Azərbaycana səfəri gerçəkləşib.
Səfər çərçivəsində qonaqlar üçün Bakıda ekskursiyalar təşkil olunub. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya zamanı rusiyalı heyət Şirvanşahlar sarayı, Qız qalası və digər məkanlarla maraqla tanış olublar.
Qonaqlar yerli mətbəxin növbənöv təamlarını da dadıblar. Həmçinin, çimərlik mövsümü ilə bağlı dənizkənarı gəzintilərə də üstünlük verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar