Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində 20 avqust tarixində “Şahdağın hədiyyəsi” adlı xüsusi əyləncəli konsert proqramı təşkil ediləcək. Həmin gün mərkəzə üz tutanlar simvolik qiymət ödəməklə çoxsaylı xidmətlərdən yararlanmaq imkanı qazanacaq, ziplayn, trotinnet, dağ velosipedi, bob kart, seqvey kimi maraqlı yay əyləncələrindən üçünü eyni zamanda sınaqdan keçirmək şansı əldə edəcəklər.
Bundan əlavə, ailəvi istirahət etmək istəyənlər üçün həm böyüklərin, həm də uşaqların zövqünü oxşayacaq əyləncəli proqram nəzərdə tutulub. Azyaşlı qonaqların marağına səbəb olacaq animatorların müşayiəti ilə təşkil olunacaq şou-proqram onların yaddaşında uzun müddət qalacaq. Açıq havada, dağların ətəyində canlı musiqi hər kəsin zövqünü oxşayacaq. Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil ediləcək.
“Şahdağ” Turizm Mərkəzinə turistlərin istəyindən asılı olaraq onların gediş-gəlişini təmin etmək üçün qabaqcadan qeydiyyatdan keçməklə tədbir günü komfortlu avtobus təmin olunacaq. Biletləri Bakı şəhəri Bülbül prospekti 26 ünvanında yerləşən “Şahdağ” Turizm İnformasiya Mərkəzindən və ya tədbir günü “Şahdağ” Turizm Mərkəzinin kassalarından əldə etmək mümkündür.
“Şahdağ” Turizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar