Yay mövsümü ilə əlaqədar Masallıdakı turizm obyektlərində, istirahət məkanlarında rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən mədəni proqramlar həyata keçirilir.
N.Gəncəvi adına Mədəniyyət mərkəzinin “Təravət” instrumental ansamblı, Mahmudavar kənd “Halay” xalq folklor kollektivi, Heydər Əliyev Mərkəzinin uşaq rəqs kollektivi İstisu, Dəştvənd, Gilavar, “Viləş” hoteli, Qamo və digər turizm məkanlarında turistlər qarşısında çıxışlar edirlər. Bu da gələn turistlərin daha mənalı istirahətinə və onların vaxtlarının şən keçməsinə stimul yaradır.
* * *
Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindən biri də Şamaxı rayonudur. Rayon Mədəniyyət və Turizm şöbəsindən verilən məlumata görə, cari ilin ötən yeddi ayında Şamaxıya 58 mindən çox turist gəlib ki, bu da ötən ilin müvafiq dövründəkindən 10 faiz çoxdur. Turistlərin 12 mindən çoxu xarici ölkələrin vətəndaşlarıdır.
Mədəniyyət və Turizm şöbəsinin tədbirlər planına uyğun olaraq yay turizm mövsümündə yerli və xarici turistlər üçün konsertlər, aşıq gecələri, əyləncəli proqramlar, sənətkarların əl işlərindən ibarət sərgilər təşkil olunur.
“Şamaxı Palace” hotelində “Şirvan” aşıqlar qrupunun konsertləri keçirilib. Həmçinin rəssamların, misgərlərin, xalçaçıların əl işləri sərgilənib, kitab mütaliəsi təşkil olunub. Turistlər göstərilən xidmətdən razılıqlarını bildiriblər.
Ə.Xaqani adına Şamaxı rayon Mədəniyyət mərkəzi və onun filialları da Heydər Əliyev parkında maraqlı tədbirlər həyata keçirir. Rayon Mədəniyyət mərkəzinin “Şirvan” folklor və “Koroğlu nağarası” qədim musiqi alətləri ansambllarının, kənd folklor evləri və klublarının özfəaliyyət kollektivlərinin çıxışları həmişə maraqla izlənir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar