Mədəniyyət və Turizm Nazirliyinin "ASAN Radio" ilə birgə reallaşdırdığı “Mədəni turizm” layihəsi uğurla davam edir. Veriliş hər həftənin çərşənbə günü saat 19:00-dan 20:00-dək efirdə olur.
Verilişin hazırlanmasının digər vacib xüsusiyyətlərindən biri də odur ki, istənilən dinləyici Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə veriliş vasitəsilə canlı efirdə müraciət ünvanlaya bilər.
Hazırda yay turizm mövsümü olduğundan turizm mövzusu daha aktualdır və yay aylarında daha çox turizmin inkişafı, mövcud problemlər və gələcək perspektivlər mövzusuna toxunulur.
Sentyabr ayından etibarən isə mədəniyyət və incəsənət müəssisələri tətildən qayıtdıqdan sonra verilişdə teatr, konsert, muzey və sərgi salonlarına dəvətnamələr təqdim ediləcək, eləcə də Azərbaycanın zəngin mədəni irsi, incəsənəti haqqında geniş müzakirələr aparılacaq.
Xatırladırıq ki, “Mədəni turizm” verilişinin ötən buraxılışında qonaq qismində nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov iştirak edib. Verilişdə son zamanlar əcnəbi turistlərin Azərbaycana səfəri haqqında statistik rəqəmlər, onların səfər etdiyi bölgələr və Azərbaycana turist axını barədə söhbət açılıb.
Ənənəvi olaraq bu verilişdə də keçirilən viktorinanın qalibi “Şahdağ” Turizm Mərkəzinə 19-21 avqust tarixlərində 2 nəfərlik turist vauçeri qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar