Azərbaycanın qədim yaşayış bölgələrindən olan Şamaxı son illər turistlərin diqqətini daha çox cəlb edir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, cari ilin ötən dövründə Şamaxıya 58 min 780 turist gəlib. Bu da ötən ilin müvafiq dövründəkindən 6 min 628 nəfər çoxdur.
Bu il Şamaxıya gələn xarici turistlərin sayı 2015-ci ilə nisbətən 2 min nəfər artaraq 10 mini ötüb. Onlar ərəb ölkələrindən, Çexiya, Yaponiya, Meksika, İran, Türkiyə və Rusiyadan, habelə Orta Asiyadandır.
Turistlərə “Şamaxı Palace”, “Sakit göl” istirahət mərkəzlərində, “Göy qurşağı”, “Şirvan göl” hotellərində yüksək səviyyəli xidmət göstərilir.
Zəngin flora və faunaya malik Şamaxıda antik və orta əsr tarixi abidələri nəinki yerli, habelə xarici turistlərin marağına səbəb olur. Qeyd edək ki, bölgədə 60-a yaxın bu cür abidə var.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar