Səyahət gəmisinin göyərtəsindən yıxılan çinli turist qadın 38 saat açıq dənizdə qalıb.
Şanxay şəhərinin 32 yaşlı Fen adlı sakini Yaponiya və Cənubi Koreyaya gedən kruiz gəmisində istirahət edirmiş. Dəniz mənzərəsindən vəcdə gələn turist qadın göyərtədən aşağıya çox əyildiyindən müvazinətini itirərək təxminən yeddi mərtəbəli ev hündürlüyündən dənizə düşüb.
Onunla birlikdə səyahət edən valideynləri qızlarının yoxa çıxmasından yalnız bir neçə saat sonra xəbər tutublar. Xilasedici jileti olmayan turist qadın 38 saat açıq dənizdə su üzəridə qalmağı bacarıb. Xoş təsadüf nəticəsində balıqçı qayığına rast gələn Fen xilas olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar