Türkiyənin Antalya vilayətinin Kundu turistik bölgəsindəki Kəpənək parkında müxtəlif növlərdə minlərlə kəpənək saxlanılır. Ömürləri 3 həftəyə qədər olan kəpənəklər yerli və xarici turistlərə nağıla bənzər bir mühit təqdim edir.
Bu ilin aprelində qurulan parkda Filippindən gətirilən 15 növdə kəpənəklər öz ölçüləri ilə də insanların diqqətini çəkir. Belə ki, parkdakı əsl vətəni Hindistan olan Atlas kəpənəyi dünyanın ən böyük kəpənəyi olma özəlliyini daşıyır. Bu kəpənək qanadlarını açdığı zaman uzunluğu 28 santimetrə çatır.
Kəpənəklər tropik ölkələrdən gətirildiyi üçün onların yaşadığı mühitdə havanın nəmliyi 70 faiz və 30-32 dərəcə istilik lazımdır.
Ətrafda uçuşan çox sayda kəpənəyi yaxından görmək fürsəti əldə edən ziyarətçilər çeşidli rənglərdə və böyüklükdə olan sevimli canlıların fotoşəkillərini çəkirlər. Kəpənəklərdən daha çox zövq alanlarsa, sözsüz ki, uşaqlardır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar