Nazir müavini Nazim Səmədov Macarıstan dövlət katibinin müavini ilə görüşüb

Avqustun 18-də Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Nazim Səmədovun Macarıstan dövlət katibinin müavini Peter Szilaqi ilə görüşü keçirilib.
Görüş zamanı mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq, o cümlədən mədəniyyətlərarası dialoq və multikultural cəmiyyətdə birgəyaşayış məsələləri müzakirə olunub.
Qonaq bildirib ki, ölkələrimiz arasındakı möhkəm siyasi əlaqələrin əsaslarından biri də ortaq tarixi bağların mövcudluğudur.
Nazir müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş və uğurla həyata keçirilən “Bakı Prosesi”, eləcə də hər iki ildən bir paytaxtımızda təşkil olunan və bir çox ölkələrin yüksək səviyyəli dövlət rəsmilərini, ekspert və media nümayəndələrini bir araya gətirən Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında danışıb.
Azərbaycanda güclü multikulturalizm əsaslarının olduğunu qeyd edən P.Szilaqi Heydər Əliyev Fondunun Macarıstandakı fəaliyyəti haqqında da müsbət fikirlərini bölüşüb.
Söhbət zamanı turizm sahəsində əməkdaşlığın mövcud vəziyyəti barədə fikir mübadiləsi aparılıb, bu sahədə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Macar qonaq səmimi qəbula görə nazir müavininə minnətdarlığını ifadə edib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar