Xəbər verdiyimiz kimi, avqustun 27-də Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə IV Qəbələ Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək.
“Qafqaz Karvansaray” hotelinin qarşısındakı parkda keçiriləcək festivala hazırlıq işləri davam etdirilir. Festivalın proqramı hazırlanıb, Azərbaycanın bölgələrindən və xarici ölkələrdən qonaqların dəvət edilməsi üçün məktublar göndərilib.
Hotelin icraçı direktoru Süleyman Məmmədov bildirib ki, festivalla bağlı xüsusi plakatlar, nişanlar, suvenirlər sifariş olunub. Festival iştirakçılarının və qonaqların yüksək səviyyədə qarşılanaraq hoteldə yerləşdirilməsi və yeməklə təmin olunması nəzərdə tutulur.
Festivalın sərgi masalarında Azərbaycanın 29 şəhər və rayonundan, eləcə də 10-dək xarici ölkədən gələn komandalar müxtəlif çeşiddə hazırladıqları mürəbbələri nümayiş etdirəcəklər. Festivalda münsiflər heyəti üzvlərinin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar