Avqustun 25-də Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində Qusar rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “səyyar kitabxana” günü keçirilib.
Turizm mərkəzindən bildirilib ki, gün ərzində burada müxtəlif mövzularda kitab sərgiləri təşkil edilib.
Mərkəzdə istirahət edən turistlərin intellektual istirahəti, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunan sərgidə 2000 nüsxə kitab, jurnal, buklet və mütaliə vasitələri nümayiş etdirilib. Mərkəzdə xarici turistlərin çox olmasını nəzərə alaraq kitablar Azərbaycan, rus və ingilis dillərində təqdim olunub. Rayon Mədəniyyət və Turizm şöbəsi və Mərkəzi kitabxananın əməkdaşları gün ərzində turistlərə kitab seçimində kömək ediblər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının “Mən oxudum, sən də oxu!” şüarı ilə birgə həyata keçirdiyi və əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaq olan “Açıq kitabxana” layihəsi çərçivəsində təşkil edilən “səyyar kitabxana” günləri bölgələrdə geniş marağa səbəb olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar