Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan mədəniyyət müəssisələri tərəfindən yay günlərində əhalinin istirahətinin səmərəli təşkili, asudə vaxtın mənalı keçirilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar parkında təşkil olunan konsert də bu qəbildəndir.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Ansamblın bədii rəhbəri, Əməkdar artist Zeynalabdin Babayev, baletmeyster, Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırovdur.
Muxtar respublikanın əməkdar artistləri Xatirə Səfərova və Hünər Əliyevin, ansamblın solistləri Hüseyn Qasımov, Samiddin Vəliyev, Cəfər Tağıyev, Namiq Vəliyev və Qəribə Həsənovanın ifalarında Azərbaycan xalq mahnıları və bəstəkarlarımızın populyar mahnıları səslənib. Kollektivin üzvlərindən Zəlihə Hüseynquliyeva və Əməkdar artist Sona Abbasovanın ifasında milli rəqslər də tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar