İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri arasında imzalanan “Dostluq mübadiləsi haqqında” saziş çərçivəsində “İto beynəlxalq qonaqlama təşkilatı”nın üzvü - qrup rəhbəri Konişi Tsuneo və yaponiyalı şagirdlər Kaneko Reon, Sekikava Kiyotatsu avqustun 12-dən 24-dək İsmayıllıda səfərdə olublar.
Yaponiyadan gələn nümayəndə heyəti səfər proqramına uyğun olaraq İsmayıllı şəhəri, Lahıc, Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailəyə qonaq gedib. İto şəhərinin nümayəndələri milli mətbəximiz, adət-ənənələrimizlə yaxından maraqlanıblar.
Səfər çərçivəsində qonaqlar Bakı şəhərində, Qəbələ, Şəki və Qax rayonlarında da olublar.
Yolasalma mərasimində qrup rəhbəri Konişi Tsuneo qonaqpərvərliyə görə İsmayıllı Rayon İcra Hakimiyyətinə, 2 saylı tam orta məktəbin rəhbərliyinə və bütün ismayıllılılara minnətdarlığını bildirib. O, İsmayıllıdan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.
Qonaqları rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, 2 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, İsmayıllıdan Yaponiyaya gedən və yapon dilini öyrənən şagirdlər yola salıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar