Aprel ayında cəbhədə ağır döyüşlərdə iştirak etmiş bir qrup hərbiçi ailələri ilə Lənkəran rayonundakı “Palıdlı sahil” istirahət mərkəzində dincəliblər. Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü və dəstəyi ilə burada istirahət edən hərbiçilərlə yerli ictimaiyyət nümayəndələri və qarnizon əsgərlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, veteran jurnalist Etibar Əhədov və başqaları çıxışlarında aprel döyüşlərinin Azərbaycan xalqının və ordusunun ruh yüksəkliyinə səbəb olduğunu diqqətə çatdırıblar.
Qeyd olunub ki, YAP-ın təşəbbüsü ilə aprel döyüşlərinin 50 iştirakçısının ailə üzvləri ilə birlikdə istirahətinin təmin olunması təqdirəlayiq haldır.
Tədbirdə hərbi-vətənpərvərlik mövzusunda şeirlər və mahnılar ifa olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar