Novellalar müəlliflərin Bakı, Sumqayıt, Qəbələ və Şəkiyə səfərlərindən bəhs edir

Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin, Unibankın, Fransanın “Total” şirkətinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və UFC şirkətinin dəstəyi ilə Fransada “Nouvelles Nouvelles D’Azerbaidjan” (“Azərbaycan haqqında yeni novellalar”) kitabı nəşr olunub.
Kitab müasir fransız yazıçılarının müxtəlif sahələr üzrə mövzularda ölkəmizə səfər edərək yazdığı novellalardan ibarətdir. Novellalar Bakı, Sumqayıt, Qəbələ və Şəkiyə həsr olunub.
Qeyd edək ki, bu novellalar fransız yazıçı-səyyahların yeni nəzər nöqtəsinin nəticəsidir. Kitabda Azərbaycan multikultural ənənələrə malik, dünyəvi, tolerant ölkə olaraq tanıdılır və şərh edilir. Qeyd olunur ki, 2015-ci ildə 10 fransız yazıçı Azərbaycanı özləri üçün kəşf etmək üçün ölkəmizə səfər edirlər və bu səfərin nəticəsi olaraq müxtəlif novellalardan ibarət kitab ərsəyə gəlir.
Kitabda Azərbaycanın paytaxtı qədim labirintli küçələri, qalaları və qüllələri ilə bir sirli şəhər kimi tanıdılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar