“Qatar Airways” aviaşirkətinin növbəti “səyahət festivalı” başlayıb. Şirkətin Bakı nümayəndəliyindən bildirilib ki, kampaniya avqustun 29-dan sentyabrın 5-dək davam edəcək. “Səyahət festivalı” 2 al 1 ödə, 50 faizə qədər endirim, uşaqlar üçün pulsuz səyahət imkanı kimi təkliflərlə bu il sentyabrın 15-dən 2017-ci il iyunun 30-dək səyahət imkanı verəcək.
Müştərilər Bakıdan ABŞ-a 632 manatdan, Hindistana 777 manatdan, Afrikaya 1042 manatdan və Yaxın Şərqə 350 manatdan başlayaraq səyahət edə biləcəklər. “Səyahət festivalı” “Qatar Airways”in Avropa, Yaxın Şərq, Amerika, Afrika, Hindistan Subkontinenti və Asiyada 150-dən çox istiqamətə şamil ediləcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar