Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, iyul ayında ölkəyə gələn turist sayı ötən ilin eyni ayı ilə müqayisədə 36.7 faiz azalaraq 3 milyon 470 min nəfər təşkil edib.
Ümumilikdə isə 2016-cı ilin yanvar-iyul aylarında Türkiyəyə 14 milyon 210 min nəfər əcnəbi səfər edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 30.3 faiz azdır.
Bu dövrdə ən böyük azalma (89 faiz) Rusiyadan gələn turist sayında özünü göstərib. İlin yeddi ayında 232 min rusiyalı turist gəlib, ötən ilin yanvar-iyulunda isə bu rəqəm 2 milyon 140 min olmuşdu.
Rusiya xaric digər MDB respublikalarından Türkiyəyə turist səfərləri də bu ilin yeddi ayında yarıyadək azalaraq toplam 642 min nəfər təşkil edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar