Sentyabrın 1-də Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) turizm üzrə işçi qrupunun 8-ci iclası başlanıb. İclas “Müsəlmanlar üçün nəzərdə tutulmuş turizm: İƏT üzvü ölkələrdə müsəlmanlar üçün məhsulların və xidmətlərin inkişaf etdirilməsi və marketinqi” mövzusuna həsr olunub.
İclasda turizm sahəsində qlobal tendensiyalar, sahə üzrə turizm məhsullarının müxtəlifliyi və onların mümkün təbliğat mexanizmləri, üzv ölkələrin bu sahədə uğurlu təcrübələri və gələcək perspektivlər müzakirə olunur.
Tədbirdə COMCEC-ə üzv olan 13 ölkənin nazirliklərinin nümayəndələri, eləcə də “Crescent Rating”, “Halalinn”, “Dinar Standart” kimi beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri iştirak edir. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev təmsil edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar