Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixdə imzaladığı sərəncamlardan irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektor əvəzi Eldar Aslanov sərəncamların əhəmiyyətini yüksək qiymətləndirərək ötən 10 il ərzində ölkəmizdə turizm sektorunun mühüm inkişaf yolu keçdiyini, ali təhsil ocağının 10 illik fəaliyyətinin də bu inkişafa töhfə olduğunu vurğulayıb.
Qeyd olunub ki, yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, ölkənin tanıdılması istiqamətində görülən tədbirlər qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafından xəbər verir.
E.Aslanov bildirib ki, ölkə başçısının “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında” sərəncamı bu sahədə daha səmərəli fəaliyyət göstərməyi bir vəzifə olaraq qarşıya qoyur.
Tədbirdə sərəncamdan irəli gələn məsələlərin icrası ilə bağlı işçi qrupunun yaradılması qərara alınıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar