Ölkəmizin turizm ictimaiyyəti Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixdə imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” və “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında” sərəncamları böyük ruh yüksəkliyi və məmnunluq hissi ilə qarşılayıb.
Bununla bağlı Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası və Kənd Yaşıl Turizminə Dəstək İctimai Birliyi adından ölkə başçısına təşəkkür məktubu ünvanlanıb.
Məktubda vurğulanır ki, bu sərəncamların icrası ölkəmizdə turizm sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin olmaqla yanaşı, Azərbaycanın dünya turizm bazarında yerini möhkəmlədəcək, milli turizm kompleksinin rəqabətə davamlılığını daha da yüksəldəcək: “Bu yolda ölkəmizin turizm ictimaiyyəti olaraq biz də səylərimizi əsirgəməyəcəyik”.
Məktubda həmçinin 27 sentyabr - Dünya Turizm Gününün Azərbaycan Respublikasında da “Turizm işçiləri günü” peşə bayramı elan olunmasına görə ölkə başçısına dərin təşəkkür ifadə olunur və turizm ictimaiyyətinin bu diqqət və qayğıya hər zaman əməli işlə layiq olmağa çalışacağı bildirilir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar