Bir sıra ərəb və Avropa ölkələrində, eləcə də ABŞ-da yayılan, əsasən müasir həyat, sərmayə və turizm mövzularını işıqlandıran Birləşmiş Ərəb Əmirliklərinin “Amwal” jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc olunub.
Jurnalın baş redaktoru Xalid Əbu Zəhrin müəllifi olduğu məqalədə ölkəmizin coğrafi mövqeyi barədə məlumat verilir. Bildirilir ki, 11 iqlim qurşağından 9-u Azərbaycanın ərazisindən keçir. Bu amildən bacarıqla istifadə edilməsi hesabına paytaxt Bakıda, eləcə də Naxçıvan, Qəbələ, Quba, Qusar və digər bölgələrdə beynəlxalq standartlara cavab verən müasir turizm infrastrukturu yaradılıb.
Xəzər dənizinin sahilində yerləşən Bakının qədimlik və müasirliyin estetik sintezini özündə ehtiva etdiyini deyən müəllif burada çoxsaylı muzey və abidələrin olduğunu, İçərişəhərin UNESCO-nun Dünya irs siyahısına daxil edildiyini bildirir.
Məqalədə Azərbaycandakı müalicəvi turizm zonalarından da söhbət açılır, Naftalanda bu məqsədlə yaradılmış şəraitdən bəhs olunur. Yazıda, eyni zamanda 2015-ci ildə ölkəmizdə birinci Avropa Oyunlarının keçirildiyi diqqətə çatdırılır və 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının təşkil ediləcəyi barədə məlumat verilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar