“Mastercard” və “CrescentRating” müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran “Müsəlmanların Qlobal Səyahət İndeksi 2016” adlı hesabatını dərc edib.
Hesabata əsasən, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralarda yer alıb. 130 turizm istiqamətini əhatə edən araşdırma nəticəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri sırasında Azərbaycan 20-ci yerdə qərarlaşıb.
Ötən ilin hesabatı ilə müqayisədə BƏƏ bir pillə irəliləyərək İƏT istiqamətləri siyahısında ikinci yerə sahib çıxıb. Fars körfəzi ölkələrindən Qətər, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn də ilk onluqda yer alıblar. Siyahıda liderliyi Malayziya qoruyub saxlayıb.
İƏT-ə üzv olmayan ölkələrdən isə Sinqapur birinci olub. Növbəti sıralarda Tailand, Böyük Britaniya və CAR qərarlaşıb.
Bununla yanaşı, araşdırmanın nəticələrinə əsasən, 2015-ci ildə orta hesabla 117 milyon müsəlman turist qeydə alınıb ki, bu da ümumilikdə turizm bazarının 10 faizini təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 milyon nəfərə və ya ümumi turist axınının 11 faizə çatacağı gözlənilir. Qeyd olunan tarix üçün müsəlman turistlərin xərclərinin 200 milyard doları üstələyəcəyi proqnozlaşdırılır.
Asiya və Avropa ölkələri ümumilikdə müsəlman turist axınının 87 faizini qəbul etməklə müsəlman turistləri cəlb edən əsas iki region kimi qeyd olunub.
Sürətlə inkişaf edən bu sektor üzrə ən geniş araşdırmanın nəticələrinə əsasən, təqdim olunmuş hesabatda Orta Şərq və Afrika regionundan 8 ölkə müsəlman turistləri üçün ən yaxşı səyahət istiqamətlərinin ilk onluğunda yer alıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar