Bolqarıstanın “Standart” qəzetində “Sehrli Bakı” adlı məqalə dərc edilib. Bakının turizm imkanlarını əks etdirən məqalədə tarix boyu Şərq və Qərbi birləşdirən şəhərin, onun nadir mədəni irsinin və dinamik həyat tərzinin bu gün səyahət həvəskarlarını valeh etdiyi diqqətə çatdırılır. Qeyri-adi memarlığı ilə seçilən Bakının keçmiş Sovet İttifaqının ən böyük şəhərlərindən biri olduğu vurğulanır. Yazıda “Alov qüllələri”nin möhtəşəmliyi, qədim tarixə malik Qız qalasının görünüşünün xüsusi diqqət çəkdiyi, onun üzərindən sahil boyu prospektə və dənizkənarı bulvara gözəl mənzərə açıldığı vurğulanır.
Müəllif qədim İçərişəhərin peşəsindən, yaşından, hansı ölkədən gəlməsindən asılı olmayaraq, bütün qonaqlar üçün maraq kəsb etdiyini, Şirvanşahlar sarayının Azərbaycan memarlığının ən nəhəng abidələrindən olduğunu, məşhur memar Zaha Hadidin layihəsi olan, müasir memarlıq mirvarisi hesab edilən Heydər Əliyev Mərkəzinin şəhərin gözəlliyini artırdığını qeyd edir.
Məqalədə, həmçinin Azərbaycanın milli mətbəxindən bəhs olunur. Küftə, düşbərə, paxlava və digər ləziz yeməklərdən sonra Şərqdə digər mətbəx nümunələrini dadmağa ehtiyacın olmadığı qeyd edilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar