Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) hesablamalarına görə, 2015-ci ildə dünyada turizmdən əldə edilən gəlirin real həcmi 4,4 faiz artaraq 1,26 trilyon dollara çatıb. Turizm sahəsinin dünya üzrə ümumi daxili məhsulda (ÜDM) payı isə 7,2 trilyon dollara çatır.
Orta hesabla dünyada hər 11 iş yerindən biri birbaşa və ya dolayı şəkildə bu sahənin hesabına təmin edilir. Keçən il turizm agentliklərində, mehmanxana biznesində, aviasiya daşımalarında və restoranlarda bilavasitə turistlərə xidmət edən 2,5 milyon iş yeri yaradılıb. Əmtəə və xidmətlərin qlobal ixracında turizmin payı artaraq 7 faizə çatıb. Həcminə görə yalnız yanacaq və kimya sənayesindən geri qalan turizm sahəsi qida məhsulları istehsalını və avtomobilqayırma sənayesini də qabaqlayır.
Dünya Turizm və Səyahətlər Şurasının (DVTTC) proqnozlarına görə, 2016-cı ildə bu sektor artım göstəricisinə görə bütövlükdə dünya iqtisadiyyatının artım göstəricisindən çox olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar