Sentyabrın 19-da Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzinə press-tur təşkil edilib. Səfərin məqsədi “Şahdağ” Turizm Mərkəzinin təkcə xizək kurortu kimi deyil, eyni zamanda ilin bütün fəsillərində fəaliyyət göstərən istirahət mərkəzi kimi tanıdılmasıdır.
Press-turda Rusiyanın aparıcı mətbuat orqanları - travel.ru, lenta.ru, businesstraveller.com, geo.ru kimi internet portalları, eləcə də “Forbes”, “Aeroflot” və “Uralskiye avialinii” jurnallarının nümayəndələri iştirak edib.
Qonaqlar mərkəzdə mövcud olan infrastrukturla yanaşı, yay mövsümü ərzində təklif olunan əyləncələr, mərkəzdə fəaliyyət göstərən spa mərkəzinin xidmətləri və kanat yolları ilə tanış olublar.
Qeyd edək ki, Rusiyanın ən məşhur turizm saytlarından biri olan turstat.com-un apardığı araşdırmaya görə “Şahdağ” Turizm Mərkəzi MDB məkanında yay turizmi və dağ gəzintilərinin əlverişli olduğu 10 turizm mərkəzi arasında ilk üçlükdə qərarlaşıb. Bundan əlavə, Rusiyanın tanınmış forbes.ru saytı rusiyalı turistlərin Avropada aktiv yay istirahəti üçün üstünlük verdiyi dağ-xizək kurortlarının reytinqini tərtib edərkən “Şahdağ” Turizm Mərkəzi yenidən seçilən istirahət mərkəzləri arasında ilk onluqda yer alıb.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar