Türkiyə jurnalında Azərbaycan haqqında məqalə dərc edilib

Əfsanəvi eşq hekayəsi “Leyli və Məcnun”un doğulduğu torpaq, dünyanın ən kiçik kitablarının toplandığı muzey, hər küçəsində sənət izi olan şəhər. Xəzərdən yüksələn neft buruqları...
Türkiyənin “Atlas” jurnalının 2016-cı il sentyabr sayında müəllif Mehmet Yılmaz Azərbaycana səfəri, qədim Gəncə və paytaxt Bakı haqqında təəssüratını bu sözlərlə başlayır. O, “Azərbaycan - neft və eşq diyarı” adlı yazısını xoş duyğularla qələmə alıb.

Müəllifin gözündə Bakı həm turizm, həm də neft şəhəri kimi canlanır. Uzun fasilədən sonra Bakıda olan Mehmet Yılmaz şəhəri Dubayla müqayisə edir. Hündür və əzəmətli binalar, yenilənmiş yol infrastrukturu, reklam lövhələri ilə işıqlandırılmış şəhər...
15 il əvvəl Bakıya gəldiyini vurğulayan yazar həmin illərlə bağlı xatirəsində bildirir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın tam müstəqilliyini təmin etdi. O, bunun mədəniyyət sahəsində ilk növbədə kiril əlifbasından latın qrafikasına keçidlə reallaşdırıldığını vurğulayır. Məqalədə son 15 ildə Azərbaycanda yenilənən mənzərəni əsrarəngiz və nağılvarı bir hekayə adlandırır.
Yazıda Bakının memarlıq abidələri haqqında da söz açılır. Heydər Əliyev Mərkəzini sanki Xəzərin dondurulmuş dalğalarına bənzədən müəllif qədim və modern Bakı barədə təəssüratlarını bölüşür.
Şəhərin tarixi, gəzməli-görməli yerləri haqqında məlumatlarda Bakını digər şəhərlərdən bir fərqinin də çoxsaylı möhtəşəm heykəllər olduğunu deyir. Vurğulanır ki, bu fakt ölkənin öz mədəniyyət xadimlərinə, tarixi irsinə verdiyi yüksək qiymət və ehtiramın nümunəsidir. Küçələrdə gəzərkən rastlaşdığımız heykəllər hər biri Azərbaycan mədəniyyət və tarixinin səhifələrini pıçıldayır.
Yazıda İçərişəhər, buradakı Miniatür Kitab Muzeyi haqqında da söhbət açılır. Geniş dənizkənarı bulvar, parklar, muzeylər - bütün bunlar Bakını gəzərkən Parisi xatırladır, deyə müəllif qeyd edir. Məqalədə deyilir: “Alov qüllələri”, Xalça Muzeyi, Nizami küçəsi ərəb və iranlı turistlərin diqqətindən kənarda qalmayıb. Bakıdakı dəbdəbəli restoranlar, əyləncə və ticarət mərkəzləri, Xəzər sahilində istirahət zonaları, zəmanənin ən tanınmış memarları tərəfindən inşa edilən möhtəşəm hotellər turizmin inkişafı üçün əlverişli şərait yaradır. Dəniz və günəşlə bol şəhərdə son dərəcə rahat istirahət. Bir turist zatən başqa nə istər ki?”
Müəllif Gəncə haqqında zəngin təəssüratını da bölüşür. Dahi Nizaminin doğulub boya-başa çatdığı məkanda özünü həyəcanlı hiss edir. Vurğulayır ki, belə bir coğrafi məkanda doğulan şəxs dahi olmaya bilməzdi. O, Nizami yaradıcılığı və həyatı haqqında məlumata geniş yer ayırır. Gəncənin tam yeni bir görkəmi, paytaxt olmasa belə müasir, inkişaf etmiş bir şəhər olduğu diqqətə yetirilir. Burada təqdim edilən Azərbaycan mətbəxinin özəlliyi də xüsusi vurğulanır.
Məqalədə Gəncə şəhərinin Azərbaycanın tarixində özünəməxsus bir yeri olduğu qeyd edilir. Şəhərin yerləşdiyi strateji mövqe, iqtisadi potensialı və ən əsas təbii zənginliyi, o cümlədən yaxınlıqdakı mirvari sulu Göygöl turistlər üçün gəzməli-görməli məkanlar olaraq diqqətə çatdırılır.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar