Sentyabrın 20-də Azərbaycan Turizm və Menecment Universitetində Turizm və qonaqpərvərlik fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib. Rektor səlahiyyətlərini icra edən Eldar Aslanov gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, dekan müavinləri Flora Ələsgərova, Anar Fərmayılov, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, Keyfiyyət təminatı şöbəsinin Qeydiyyat bölməsinin rəhbəri Leyla Salmanova və digər əməkdaşlar tədris fəaliyyəti barədə məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.
Sonda 1-ci kursda təhsil alanlara tələbə vəsiqələri təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar