Ölkəmizə gələn əcnəbilər Azərbaycanda müxtəlif xidmətlərə görə 2 milyard dollar xərcləyiblər. Bu məlumat Mərkəzi Bankın tədiyyə balansı ilə bağlı hesabatında yer alıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin 7 ayı ərzində Azərbaycanda dincəlməyi seçən əcnəbi turistlərin sayı 1 milyona yaxın olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Ümumilikdə dünyanın 177 ölkəsindən Azərbaycana qonaqlar gəlib.
Birləşmiş Ərəb Əmirliklərindən ötən illərlə müqayisədə 19 dəfə çox turist gəlib.
Avropa İttifaqına üzv ölkələrdən və ABŞ-dan olan turistlərin sayında da artım var.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Rusiya və Türkiyədə turizm nümayəndəliklərinin açılması və aparılan təbliğat-tanıtım tədbirləri ölkəmizə turist axınına əlavə zəmin yaradıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar