Sentyabrın 27-də Üzeyir Hacıbəylinin ev-muzeyində ölkəmizin turizm işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, Yasamal rayon 18 saylı orta məktəbin və Nəsirəddin Tusi adına gimnaziyanın şagirdləri iştirak edib.
Muzeyin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Gülnarə Ələsgərova qonaqları salamlayaraq Azərbaycanda turizmin inkişafından, turizm sektoru ilə muzeylərin sıx əlaqəsindən danışıb.
Qeyd olunub ki, hər il Üzeyir Hacıbəylinin ev-muzeyini yüzlərlə turist ziyarət edir. Muzey ilə Azərbaycan Turizm və Menecment Universitetinin sıx işbirliyi var, hər il universitetin müvafiq fakültələrinin tələbələri burada təcrübə keçir, muzey işi ilə bağlı biliklərini təcrübədə zənginləşdirirlər.
Qonaqlar muzeydə təşkil edilmiş sərgi ilə tanış olublar. Sərgidə Üzeyir Hacıbəylinin “Koroğlu” operasının bu ilin yanvarında Türkiyənin Mersin şəhərində, “Leyli və Məcnun” operasının isə may ayında Ankara Dövlət Opera və Balet Teatrında tamaşaları zamanı çəkilmiş fotoşəkillər nümayiş etdirilir.
Sonra tədbir iştirakçıları muzeyin ekspozisiya zallarına baxıblar, Üzeyir Hacıbəylinin ölməz musiqisindən fraqmentlər dinləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar