2-7 oktyabr tarixində Türk Hava Yolları, "NG Hotel Group", "Nobel" Tibb Mərkəzi və "Kaya Termal"ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Türkiyənin termal turizm məkanlarında infotur təşkil olunacaq.
İnfoturda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri, sağlamlıq turizmi obyektləri və media nümayəndələrindən ibarət heyət iştirak edəcək.
Tur iştirakçıları Türkiyənin ən böyük termal mənbələrinin yerləşdiyi Afyon, Dənizli və İzmirə səfər edəcək, bu məkanların sağlıq turizmi imkanları ilə bağlı ətraflı məlumat alacaqlar. Səfər zamanı iki ölkənin turizm təmsilçiləri bir-biri ilə təcrübələrini bölüşəcək, nümunəvi sağlamlıq turizmi klasterlərinin yaranması imkanlarını dəyərləndirəcəklər.
Bundan əlavə, səfər müddətində müxtəlif dövlət rəsmiləri ilə görüşlər və kiçik seminarların təşkili də nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar