Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi 27 sentyabr - Dünya Turizm Günü və Azərbaycanda turizm işçilərinin peşə bayramı münasibətilə “Turizm həftəsi” elan edib.
Bununla əlaqədar sentyabrın 28-də Nizami rayonu 1 saylı Uşaq evinin sakinlərinin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib. Uşaqlar ən qədim dövrdən bu günə kimi Azərbaycan tarixini əks etdirən ekspozisiya zalları ilə maraqla tanış olublar.
“Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə də ekskursiyalar keçirilir.
İdarədən verilən məlumata görə, bu həftənin sonuna qədər uşaqlar Bakı şəhərinin müxtəlif muzeylərində ekskursiyalarda olacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar