Sentyabrın 25-də Bakıdakı “Hyatt Regency” hotelində hind mətbəxi festivalı keçirilib. Tədbir Hindistanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Hindistan Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana və Milli Məclisin deputatı Jalə Əliyeva “Hindistan-Azərbaycan dostluğu ili”nin loqosunu qonaqlara təqdim ediblər. Populyar hind yeməklərinin hazırlanma reseptlərinin olduğu “Hindustani Khana” kitabının ingilis və Azərbaycan dilində nəşrləri qonaqlara paylanılıb.
Festival çərçivəsində Hindistanın milli mətbəxinə məxsus yeməklərin nümayişi ilə yanaşı, qədim və müasir hind rəqsləri, müxtəlif əyləncə və oyunlar da təşkil olunub. Pavilyonlarda rəssamların əsərlərindən ibarət satış-sərgi açılıb. Sərgidə ölkəmizin 25-60 yaş arası rəssamlarının 500-dək müxtəlif mövzulu sənət əsərləri də yer alıb. Əldə olunan vəsaitlər Azərbaycanda xeyriyyə işlərinə sərf olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar