Oktyabrın 5-də Bakıda "Gilan Holding" ilə "Accor Group" (Fransa) arasında "Badamdar Hotel"in "Pullman" hotel operatoru tərəfindən idarə olunmasına dair müqavilə imzalanıb. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Fransanın ölkəmizdəki səfiri xanım Orelia Buşez iştirak ediblər.
Müqaviləyə "Gilan Hospitality Group" şirkətinin direktoru Elgün Məmmədov və "Accor Hotels" şirkətinin MDB üzrə regional direktoru Aleksis Delaroff imza atıblar.
E.Məmmədov bildirib ki, "Badamdar Hotel" 2011-ci ilin sentyabr ayından başqa bir brendin (Kempinski - red.) idarəetməsi altında fəaliyyətə başlayıb. İdarəetmə müqaviləsinin birinci fazasında, yəni 5 ildən sonra qarşılıqlı razılığa əsasən bu brendlə müqavilə dayandırılıb və hotelin dünya nəhəngi sayılan başqa brendlə - "Accor Group"un "Pullman" brendi altında idarə olunmasına qərar verilib.
A.Delaroff isə bildirib ki, şirkət Azərbaycan bazarına daxil olmaqdan məmnundur: "Accor Hotels" qrupu dünyanın ən böyük hotellər şəbəkəsi operatorudur. Hazırda bütün dünya üzrə 100-dən çox "Pullman" brendi var. Bir müddət əvvəl biz "Gilan Holding"ə müraciət edərək Azərbaycanda "Pullman" brendini təmsil etmək istəyimizi bildirdik. "Accor Hotels" bu hotelə xidmət, satış, marketinq üzrə bir çox yenilikləri gətirməyə hazırdır. Bu gün rəqəmsal texnologiya biznes üçün çox vacibdir. Yaxın zamanda biz yeniliklər üzərində işləyəcəyik”.
Qeyd edək ki, beynəlxalq və milli memarlıq üslubunda müasir dizaynı ilə seçilən "Badamdar Hotel" kompleksində 280 nömrə, 38 rezidensiya, 36 ofis, 19 konfrans zalı, restoran və barlar, 850 nəfərlik ziyafət salonu, qapalı hovuz, Spa mərkəzi var. Hotelin 4-7-ci mərtəbələrində ofislər yerləşir.
Fransanın "Accor Hotels" qrupu dünya üzrə müxtəlif kateqoriyalı 4 minədək hoteli idarə edir. "Pullman" brendi qrupun yüksək dərəcəli hotellər üzrə operatorudur. "Pullman" Avropa, Afrika, Yaxın Şərq, Asiya-Sakit okean və Amerikada 100 beşulduzlu hoteli idarə edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar