Dünyanın 100-dən çox ölkəsinin təqvimində yer alan 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü Azərbaycanın təhsil ocaqlarında da müxtəlif tədbirlərlə qeyd olunub. Bu münasibətlə Azərbaycan Turizm və Menecment Universitetində mərasim keçirilib.
Universitetin rektoru səlahiyyətlərini icra edən, dosent Eldar Aslanov deyib: “Müəllim adını daşıyanlar sırasında olmaq şərəfli, həm də məsuliyyətlidir. Cəmiyyətin necə inkişaf etməsi müəllim potensialının intellektual səviyyəsindən asılıdır. Deməli, müəllim təkcə öyrətmir, eyni zamanda özü də öyrənməlidir”.
Tədbir çərçivəsində ATMU-nun İnformasiya texnologiyaları şöbəsinin müdiri Fərhad Mirəliyev tərəfindən universitetin internet saytının yeni formatda təqdimatı olub.
Mingəçevir Turizm Kollecində də Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Kollecin direktoru, professor Əyyub Əyyubov təhsil ocağının fəaliyyət göstərdiyi ötən 10 il ərzində gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib. Bildirib ki, kollecdə turizm sahəsi üzrə ixtisaslaşmış pedaqoq heyət formalaşıb, təhsil ocağında hazırda 13 ixtisas üzrə 1823 nəfər tələbə təhsil alır: “İndiyədək yetişdirdiyimiz 5 mindən artıq gənc və bacarıqlı mütəxəssis hazırda ölkəmizin turizm sənayesinin və mədəniyyət sektorunun müxtəlif sahələrində uğurla çalışaraq həmin sahələrin inkişafına töhfə verir”.
Vurğulanıb ki, kollec 10-dan çox ölkənin turizm üzrə ali və orta ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq edir, müəllimlər beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər.
Tədbirdə pedaqoji fəaliyyətdə fərqlənən bir qrup müəllimə kollec rəhbərliyi tərəfindən fəxri fərman və diplomlar təqdim olunub. Tələbə özfəaliyyət dərnəyinin üzvləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar