Mədəniyyət və Turizm Nazirliyinin apardığı təbliğat işlərinin gücləndirilməsi, ölkəmizin turizm potensialının daha geniş şəkildə təbliğ edilməsi məqsədilə xarici ölkələrdə təmsilçi ofislərin fəaliyyətə başlaması, eləcə də bir sıra xarici ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanının yaradılması ölkəmizə gələn turist sayının artmasına təsir göstərib.
Aparılan təhlillər zamanı məlum olub ki, 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər (10.9%) çoxdur.
Cari ilin 9 ayı ərzində təkcə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövr ilə müqayisədə 34 dəfə artım müşahidə edilib. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə bu il həmin dövrü ərzində Rusiya Federasiyası (7.6%), Qazaxıstan (17.2%), İran (62.9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib.
2016-cı ilin yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayı da artıb. Bu müddətdə regionlarda istirahət edən turistlərin sayı 751 353 nəfər olub ki, bu 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23.5% çoxdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar