“Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” adlı təqdimat keçirildi

Oktyabrın 10-da “Park İnn” hotelində “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” adlı təqdimat mərasimi keçirildi. Təqdimatda Yaponiya və Azərbaycan turizm sənayesinin nümayəndələri iştirak edirdi.

Tədbirə Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi “Hankyu Travel İnternational Tokyo”, “Diamond-Big”, “Hankyu Travel İnternational Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B”, “JTB BWT” şirkətlərinin nümayəndələrindən ibarət heyət qatılmışdı.
Əvvəlcə Azərbaycanın turizm potensialını əks etdirən videoçarx nümayiş olundu. Videoçarxda ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, habelə gəzməli-görməli yerləri sağlamlıq turizmi haqqında məlumat əksini tapmışdı.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər haqqında danışdı. Bildirdi ki, nazirliyin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri Azərbaycanın turizm potensialının dünyada təbliğ olunmasıdır: “Bu məqsədlə müxtəlif ölkələrin turizm nümayəndələrinin mütəmadi olaraq ölkəmizə info-turları təşkil edilir. Belə tədbirlərdən biri də bu gün reallaşır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, ölkəmizin Yaponiyadakı səfirliyinin, Türk Hava Yollarının Bakı ofisinin və “Gilan Hospitality Group”un dəstəyi ilə Yaponiyanın turizm sənayesi təmsilçilərinin səfəri də bu qəbildəndir. Səfər müddətində müxtəlif görüşlər, yerli turizm şirkətləri ilə əlaqələrin qurulması, ölkəmizin turizm infrastrukturu ilə tanışlıq nəzərdə tutulub”.
Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti Tadaşi Şimura çıxış edərək ölkəsinin turizm potensialı haqqında geniş məlumat verdi. Bildirdi ki, Yaponiya bir çox özəlliklərinə görə dünyanın müxtəlif ölkələrindən olan turistlərin marağını cəlb etməkdədir. 2014-cü ildə Yaponiyaya gələn turistlərin sayı rekord həddə çatıb. Həmin il gündoğar ölkəyə 18 milyondan artıq turist səfər edib.
T.Şimura ölkəsinə Azərbaycandan da turist səfərlərində maraqlı olduğunu diqqətə çatdırdı. Eyni zamanda Yaponiyadan Azərbaycana gələn turist sayının artırılması üçün çalışacaqlarını vurğuladı.
Tədbir turizm nümayəndələrinin müzakirələri ilə davam etdi, qarşılıqlı maraq doğuran suallar cavablandırıldı.
Qeyd edək ki, Yaponiya turizm sənayesi nümayəndələrinin ölkəmizə səfəri oktyabrın 14-dək davam edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin paytaxtımızla yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonları ilə də tanışlığı nəzərdə tutulur.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar