Rusiyanın Travel.ru turizm servisi “Bir gün Bakıda” başlıqlı yazı dərc edib. Yazıda bir gecəliyə Azərbaycan paytaxtında qonaq olanların nələri görə biləcəyi, hansı istirahət və əyləncə imkanları ilə qarşılaşacağından söz açılır.
Məqalədə şəhərin mərkəzində yerləşən, bulvara baxan “Holiday İnn” hotelində iki nəfər üçün bir sutkalıq xidmətin qiymətləri, buradakı lüks şərait təsvir edilib. Hotelə yaxın dəmiryol vağzalı, taksi xidmətləri haqqında məlumat verilir. Bildirilir ki, Bakının tarixi məkanı olan İçərişəhər və buradakı UNESCO-nun siyahısına daxil olan memarlıq abidələri - Qız qalası və Şirvanşahlar sarayı, əntiq əşyalar, suvenirlər, Azərbaycan xalçası - bütün bunlar Şərq təəssüratını yaradır. Dağüstü park isə bütün Bakını ovcunun içində görməyə imkan verir. Buradan Xəzərin sahili və qədim şəhər mənzərəsi valehedicidir.
Məqalənin “Azərbaycan mətbəxindən həzz al” yarımbaşlığında isə Kiçik Karvansaray ərazisində yerləşən “ArtGaden” restoranının göstərdiyi xidmətlər haqqında məlumat verilir. Azərbaycan milli mətbəxinin müxtəlif təamlarının özünəməxsus dadı və tamı tərif edilir. Burada milli və caz musiqisinin səsləndirilməsinin özəlliyi diqqətə yetirilir.
Bir gecəlik Bakıda qonaq olan turistlərə şəhərdən çox da uzaq olmayan Qobustan tarixi-bədii qoruğunu ziyarət etmək məsləhət görülür. Məqalədə həmçinin Bakının ticarət və əyləncə mərkəzləri, tanınmış geyim butikləri haqqında məlumat da yer alıb. Bildirilir ki, “Holiday İnn Baku” hotelinin yaxınlığında yerləşən “Port Baku Mall” ticarət və əyləncə mərkəzindən ən tanınmış firmaların kolleksiyalarını tapmaq mümkündür. Azərbaycanda “Tax free” xidmətinin olduğu da diqqətə çatdırılır və Bakının rusiyalı səyahətçilər üçün 10 populyar şəhər siyahısında yer aldığı vurğulanır.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar