“Əl-İttihad” qəzeti Azərbaycana gələn turist sayında sıçrayış olduğunu yazır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) geniş oxucu auditoriyasına malik “Əl-İttihad” qəzetində bu ölkənin Bakıdakı səfirliyinə istinadən “Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarını cəlb edir... 6 ay ərzində 530 turistdən 10 min turistədək sıçrayış” sərlövhəli məqalə dərc olunub.
Məqalədə 2015-ci illə müqayisədə 2016-cı ilin ilk altı ayında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının 530-dan 10086-ya qədər yüksəldiyi qeyd edilir. Qəzet Azərbaycanda əmin-amanlığın, sabitliyin, eləcə də füsunkar təbiətin olduğunu, iki ölkə arasında uçuş məsafəsinin cəmi 2 saat 30 dəqiqə təşkil etdiyini və sadələşdirilmiş viza rejimi sayəsində BƏƏ vətəndaşlarının 20 dollar müqabilində hava limanında giriş vizası ala bildiklərini oxucuların diqqətinə çatdırır. Eyni zamanda paytaxt Bakının küçələrinin təmizliyi, şəhərdə dünya brendli hotellərin fəaliyyət göstərdiyi, Azərbaycan mətbəxinin ərəb mətbəxinə yaxın olduğu vurğulanır. Məqalədə, həmçinin Qəbələ, Quba kimi ecazkar təbiətə, yaşıl meşələrə, şəlalələrə malik rayonların adları çəkilir, bu bölgələrdə qış turizminin də inkişaf etdiyi bildirilir.
Yazıda ikitərəfli əlaqələrə də diqqət yetirilir. Azərbaycan və BƏƏ-nin yüksək səviyyəli səfər mübadilələri vasitəsilə bu əlaqələri daha da gücləndirməyə çalışdıqları, bu ilin noyabrında Əbu-Dabi şəhərində hökumətlərarası komissiyanın 6-cı iclasının keçirilməsinin gözlənildiyi qeyd edilir. Bundan əlavə, azərbaycanlı iş adamlarının BƏƏ-də investisiya və kommersiya fəaliyyəti ilə məşğul olduğu, BƏƏ-nin Azərbaycana sərmayə yatırdığı, Ələt qəsəbəsində azad ticarət zonasının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyi və Dubay “DP World” şirkəti arasında əməkdaşlıq haqqında sazişin imzalandığı diqqətə çatdırılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar