Rusiyanın “TurStat” agentliyi “Woman"s Day” saytı ilə birlikdə Yeni il tətili günləri üçün ən münasib qiymətləri olan 10 populyar yerin, o cümlədən dağ-xizək kurortlarının siyahısını tərtib edib.

Azərbaycanın “Şahdağ” Turizm Mərkəzi qarşıdakı qış mövsümündə dağ-xizək istirahəti qiymətlərinin münasibliyinə görə Gürcüstanın Qudauri və Bolqarıstanın Pamporovo kurortlarını qabaqlayaraq ikinci yeri tutub. Siyahıda birinci yerdə Polşanın Zakopane dağ-xizək kurortudur.
“TurStat”ın məlumatına görə, kurortlarda istirahət büdcələrinin müqayisəsi üçün Moskvadan təyyarə biletinin və həmin kurortlarda bahalı olmayan hoteldə bir gün qalmağın qiymətləri nəzərə alınıb: Zakopane, Polşa (16,5 min rubl), “Şahdağ” Azərbaycan (17,6 min), Qudauri, Gürcüstan (18,1 min), Pamporovo, Bolqarıstan (20,1 min).
Reytinqdə bildirilir ki, “Şahdağ”ın dağ-xizək kurortları arasında yeni məkan olmasından başqa turistlərin müsbət rəyləri qarşıdan gələn qış mövsümündə ona üstünlük verilməsinə şərait yaradır.
“Woman"s Day” bahalı olmayan şəhər turlarından Buxaresti (Rumıniya - 16,6 min rubl), Sarayevonu (Bosniya və Herseqovina - 17,1 min) və Budapeşti (Macarıstan - 18,5 min) tövsiyə edir.
Saytın versiyasına görə, Sanya (Çinin Xaynan adası - 39 min rubl), Fukuok (Vyetnam - 40 min) və Sianukvil (Kamboca - 42 min) Yeni il şənlikləri dövründə çimərlik istirahəti üçün cəlbedici yerlərdir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar