Oktyabrın 17-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Qida məhsullarının təhlükəsizliyi” mövzusunda təlim-seminar başlanıb. Seminarı Yunanıstanın Aralıq dənizi Aqrar Universitetinin müəllimi Corc Angelakes aparır.
Tədbirin ilk günündə yunanıstanlı mütəxəssis dünya təcrübəsinə əsaslanmaqla qidanın turizmdəki rolu haqqında danışıb. Bildirib ki, üçgünlük təlim-seminarda qida məhsullarının təhlükəsizliyi baxımından əhəmiyyətli sayılan yeni məlumatları detallı şərh edəcək.
Seminarda Azərbaycan Turizm və Menecment Universitetinin, ali təhsil müəssisəsinin nəzdindəki Bakı Turizm Peşə Məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və tələbələri, həmçinin “New Baku” hotelinin restoran bölməsinin meneceri Rəşad Hüseynov, AMEA Botanika İnstitutunun elmi işçisi Kamal Əskərov iştirak edirlər.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar