Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov müstəqillik tariximizdən, ötən illərdə ölkəmizin keçdiyi yol və əldə olunan nailiyyətlərdən danışıb. Müstəqilliyin bərpasının 25 illiyi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamın əhəmiyyəti vurğulanıb.
Elmi-praktik konfransda tarix üzrə fəlsəfə doktoru M.Zülfüqarlının “Azərbaycan milli azadlıq hərəkatının dövlət müstəqilliyinin bərpasında rolu” və Biznes idarəçiliyi fakültəsinin dekan müavini A.Mirzəyevin “Azərbaycan Respublikasının son 25 ildə əldə etdiyi iqtisadi uğurlar” mövzusunda məruzələri dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar