Daşkənd vilayətinin Bostanlıq rayonunda "Mənim sevimli özbək mətbəxim" adlı festival keçirilib. Özbəkistanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş festivalda Rusiya, İndoneziya, Çin, Azərbaycan, ABŞ və s. ölkələr öz guşələrini təqdim ediblər. İştirakçı ölkələr öz mətbəxləri, şirniyyatları ilə yanaşı, bir özbək yeməyi hazırlayıb və bu yemək münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Özbəkistandakı səfirliyimiz və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təqdim etdiyi Azərbaycan guşəsi iştirakçıların marağına səbəb olub. Milli mətbəximiz barədə özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.
İştirakçılar Azərbaycan mətbəxi nümunələrindən dolma, çığırtma, kükü, habelə şəkərbura, paxlava və s. şirniyyatlara qonaq ediliblər. Milli stendimizdə özbək milli mətbəxinə aid "Gülxanım" yeməyi hazırlanıb.
Festivalın sonunda mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin nəticələri yüksək qiymətləndirilib və birinci mükafata layiq görülüb. Mükafat Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə təqdim edilib. Festivalda Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblının çıxışı da maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar