Rusiya turizm təmsilçilərinə “Şahdağ” kompleksi haqqında məlumat verilib

Oktyabrın 13-də Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti Azərbaycanda dağ-xizək istirahətinə dair seminar təşkil edib. Seminar “Şahdağ” Turizm Mərkəzi ilə birlikdə təşkil edilib.
“Şahdağ” Turizm Mərkəzinin kommersiya direktoru Elnarə Fərzəli seminar iştirakçılarını Azərbaycanın ilk və ən böyük dağ-xizək kurortunun xidmətləri haqqında məlumatlandırıb. Qış mövsümü ilə əlaqədar daha çox aktual olan dağ-xizək istirahəti haqqında sualları cavablandıran direktor bu barədə geniş məruzə ilə çıxış edib. Seminar iştirakçılarına “Şahdağ”da fəaliyyət göstərən hotellər haqqında da məlumat verilib.
Regionun ən böyük xizək kurortunun fəaliyyətinə həsr edilən tədbir Azərbaycan milli mətbəxindən nümunələrin təqdimatı ilə davam edib. Mərasim zamanı Azərbaycanın turizm imkanları ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbirin təşkilatçıları tərəfindən iştirakçılara sertifikatlar və kiçik hədiyyələr təqdim edilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar