Oktyabrın 19-dan 21-dək Ankarada Qlobal sağlamlıq turizmi sammiti və sərgisi (Health Sumex) təşkil olunacaq. Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizin sağlamlıq turizmi imkanları barədə geniş təqdimat edəcək.
Assosiasiyadan bildirilib ki, tədbir Türkiyə Səhiyyə Nazirliyinin himayəsi, İqtisadiyyat, Mədəniyyət və Turizm, İnkişaf, Avropa Birliyi nazirlikləri və Türkiyə Sağlamlıq Turizmini İnkişaf etdirmə Şurasının dəstəyi ilə baş tutacaq. Sammit və sərgidə sağlamlıq turizm fəaliyyəti ilə məşğul olan 32 qurum və dərnəyin iştirakı nəzərdə tutulur.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da Qlobal sağlamlıq turizmi sammiti və sərgisinə dəstək verən ictimai birliklər sırasındadır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar