Azərbaycan Turizm və Menecment Universitetinin “Dillər” kafedrasında “Rus dili həftəsi” və “Alman dili həftəsi” keçirilib. Tədbirin keçirilməsində məqsəd bu dillərin tədrisi zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması yollarının müzakirə edilməsidir.
“Rus dili həftəsi”ndə Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin nümayəndələri də iştirak ediblər. Mərkəzin ATMU ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Mərkəzin köməyi ilə universitet tələbələri üçün Bakıda rus filmlərinin çəkildiyi yerlərə ekskursiya-ları təşkil ediləcəyi bildirilib.
“Alman dili həftəsi”ndə texniki vasitələrdən və yeni metodlardan istifadə edilib. Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavinləri Flora Əsgərova, Anar Fərmayılov və ixtisas müəllimləri tərəfindən alman dilinin tədrisi prosesində müasir metodların tətbiqinə dair təkliflər irəli sürülüb.

Fariz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar