Son illər turizm sənayesində müasir infrastrukturun yaradılması, viza sisteminin sadələşdirilməsi, elektron vizanın tətbiqi, keçirilən beynəlxalq festival və yarışlar, digər təşviqedici layihələr ölkəmizə xaricdən turist axınına müsbət təsir edir. Bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən xarici turistlərin sayında 11 faiz artım qeydə alınıb.

Müxtəlif ölkələrdən Azərbaycana üz tutan turistlər mədəni istirahətə də zaman ayırır, mədəniyyət ocaqlarına, o cümlədən muzeylərə baş çəkirlər. Paytaxtımızdakı bir sıra muzeylər də builki turist artımını hiss etdiklərini bildirirlər.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi əcnəbi qonaqların ziyarət etdiyi əsas mədəniyyət məkanlarından biridir. Muzeyin ekspozisiya təhlükəsizliyi üzrə direktor müavini Həbibə Əliyeva deyir ki, bu il əcnəbi ziyarətçi sayında xeyli artım var: “Təkcə son 3 ayı götürsək, muzeyə iyulda 831, avqustda 901, sentyabrda 603 nəfər xarici turist gəlib. Bura Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələrindən, həmçinin Türkiyə, İran, Rusiya, Ukrayna, Almaniya, Macarıstan, Xorvatiya, Çin, Yaponiya və başqa ölkələrin vətəndaşları daxildir”.
Paytaxtın daha bir böyük muzey məkanı - Milli İncəsənət Muzeyi də hər zaman xarici turistlərin diqqətini çəkir. Muzeyin direktor müavini Xədicə Əsədova deyir ki, əvvəlki illərə nisbətən bu il ziyarətçi sayında artım xüsusilə müşahidə olunur: “Ziyarətçilərimiz daha çox ərəb ölkələrindən, Rusiya, İran, habelə Avropa ölkələrindən olub. Muzeyimizə ölkə vətəndaşlarının da marağı yüksək səviyyədədir. Təkcə bu ilin may-avqust aylarında 1700 nəfər xarici ölkə vətəndaşı Milli İncəsənət Muzeyinin qonağı olub”.
Bakının müasir memarlıq nümunələrindən olan Azərbaycan Xalça Muzeyi elə ilk baxışdan diqqəti cəlb edir. Muzeydən konkret statistika almasaq da, bildirildi ki, bu il ziyarətçilərin sayında artım müşahidə olunur. Qeyri-adi üslubda inşa olunmuş binanın dizaynı da, zəngin ekspozisiyası da xüsusilə əcnəbi turistlərin böyük marağına səbəb olur.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar