Qazaxıstanın Aktau şəhərində dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycanın turizm potensialı ilə bağlı rəsmi qəbul keçirilib.

Azərbaycanın Aktaudakı baş konsulluğu tərəfindən keçirilmiş tədbirdə Manqistau vilayət akimliyinin (qubernatorluğunun) rəsmiləri, xarici ölkələrin baş konsulları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Bakının görməli məkanlarının fotolarından ibarət stend və Azərbaycanın turizminə aid kitab və jurnalların sərgisi təşkil olunub.
Əvvəlcə Azərbaycanın turizm potensialı, ölkəmizin təbiəti, tarixi yerləri və adət-ənənələrinə dair videoçarxlar nümayiş etdirilib.
Baş konsul Elxan Zeynalov ölkəmizin dövlət müstəqilliyinin bərpası tarixindən danışıb. Azərbaycanın turizm potensialı haqqında danışan diplomat son illərdə hökumət tərəfindən bu sahənin inkişafı üçün atılan addımlardan söhbət açıb.
Manqistau vilayət akiminin müavini Raximbek Amirjanov Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib, vilayətdəki Azərbaycan şirkətlərinin fəaliyyəti barədə məlumat verib.
Daha sonra baş konsulluğun dəstəyi ilə yaradılmış və Qazaxıstandan Azərbaycana turistlərin cəlb edilməsi ilə məşğul olan turizm şirkəti tərəfindən Azərbaycanın turizm bölgələrinin və turizm məkanlarının təqdimatları keçirilib. Təqdimatlarda Bakı, Naxçıvan, Qəbələ və digər bölgələrimizin turizm potensialı, İçərişəhər, “Şahdağ” və “Tufandağ” turizm kompleksləri, Naftalan və Duzdağ müalicəvi məkanları haqqında məlumatlar diqqətə çatdırılıb.
Tədbir iştirakçıları Azərbaycanın milli mətbəxindən plov, dolma, kabab, müxtəlif şirniyyatlar və salatlara qonaq ediliblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar